Türkiyə Azərbaycan üçün XÜSUSİ DÖYÜŞ GƏMİSİ İSTEHSAL EDƏCƏK

14:00 08.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakıda keçirilən IV Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2022) iştirak edən Türkiyənin müdafiə sənayesi şirkətləri, o cümlədən STM burada öz məhsullarını nümayiş etdirir.

Hafta.az-ın yazdığına görə, sərgidə kiçik ölçülü milli sualtı qayıq STM500, Türkiyənin ilk milli freqatı olan MİLGEM, fırlanan qanadlı hücumçu Pilotsuz Uçuş Aparatı (PUA) sistemi KARGU, sabit qanadlı hücumçu İHA sistemi ALPAGU və gözətçi İHA sistemi TOGAN iştirakçıların zövqünə təqdim edilib.

STM stendində Azərbaycanın tələbatına uyğun dizayn edilmiş STM-MPAC hücumbotu da təqdim olunub.

STM Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ-nin baş meneceri Özgür Güləryüz qardaş ölkədə olmaqdan həyəcanlandıqlarını ifadə edərək, KARGU, ALPAGU, TOGAN kimi İHA sistemlərini izah etmək və hərbi dəniz donanmasını təqdim etmək üçün Azərbaycanda olduqlarını söyləyib.

Kiçik ölçülü milli sualtı qayığı STM500-ü ilk dəfə sərgilədiklərini bildirən Güləryüz "Türk mühəndislər tərəfindən hazırlanmış bu sualtı qayıq istehsala hazırdır" deyən Gülərüz Azərbaycanla sıx əməkdaşlıq etdiklərini vurğulayıb. "Azərbaycanlı qardaşlarımızın ehtiyaclarına uyğun dizayn edilmiş bir gəmimiz var. Tamamən onların tələblərinə uyğun hazırlanıb", - Gülərüz deyib.

Ağır dəniz şəraitində, açıq dənizdə və sahilə yaxın ərazilərdə yerüstü və hava hücumundan müdafiə döyüşləri, kəşfiyyat və patrul vəzifələrini yerinə yetirmək üçün nəzərdə tutulmuş STM-MPAC Hücumbotu optimallaşdırılmış effektiv gövdə forması sayəsində yüksək sürətlə hərəkət edə bilir.

Ümumi uzunluğu 66,2 metr və maksimum eni 9,7 metr olan STM-MPAC Hücumbotun tonajı 620 ton, sürəti 40+ knot olub, 40 nəfərlik ekipajın yerləşdirilməsi üçün nəzərdə tutulub.

Siyasət rubrikasından digər xəbərlər